Prezident İlham Əliyev Rusiya Federasiyası İnquşetiya Respublikasının keçmiş Prezidenti Ruslan Auşevi qəbul edib. Lent.az AzərTac-a istinadən xəbər verir ki, prezident Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqları arasında əlaqələrin möhkəmləndirilməsi, regionda sülhün və əmin-amanlığın bərqərar olması sahəsində xidmətlərinə görə Ruslan Auşevin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu deyib və ordeni ona təqdim edib.
Ruslan Auşev Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunmasından böyük qürur hissi keçirdiyini diqqətə çatdırıb və ötən dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.