Rusiyalı politoloq: “Putinin növbəti hədəfi Dağlıq Qarabağ və Latviyadır”
25 aprel 2014 11:45 (UTC +04:00)

Rusiyalı politoloq: “Putinin növbəti hədəfi Dağlıq Qarabağ və Latviyadır”

Güman ki, Ukraynadan sonra Putin Dağlıq Qarabağ və Latviya ilə məşğul olmağa başlayacaq.


 

APA-nın məlumatına görə, bunu “Azadlıq Radiosu”na açıqlamasında rusiyalı politoloq Stanislav Belkovski deyib.

 

Onun fikrincə, Ukraynadan sonra Rusiya prezidentinin vəzifəsi Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq olacaq: “Bununla da Putin ABŞ, Kanada və Fransadakı erməni diasporunun dəstəyini qazanmış olacaq”.

 

S.Belkovski Moskvanın Baltikyanı respublikalarla bağlı planından da danışıb. Putinin Latviyada Rusiya meylli qüvvələrin hakimiyyətə gətirə biləcəyini ehtimal edən politoloq bu addımla Kremlin həmin regionda dayaq əldə edəcəyini qeyd edib.

 

Bununla belə S.Belkovski Putinin eyni ssenarini Estoniya və Litvada gerçəkləşdirə bilməyəcəyini vurğulayıb: “Düşünürəm ki, NATO ölkələrinin ərazisində Putin Ukraynada kimi hərəkət edə bilməyəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1497
avatar

Oxşar yazılar