Rusiya baş nazirinin müavini Dmitri Roqozin Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri təyin olunub.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, müvafiq sərəncamı Rusiya baş naziri Dmitri Medvedev imzalayıb.
Qeyd edək ki, bu vaxtədak sözügedən komissiyaya Rusiya tərəfdən Aleksandr Xloponin rəhbərlik edirdi.