Rauf Arifoğlu: “Asəf Quliyev gözünün içinə qədər yalan danışır”-QALMAQAL
01 dekabr 2013 16:52 (UTC +04:00)

Rauf Arifoğlu: “Asəf Quliyev gözünün içinə qədər yalan danışır”-QALMAQAL

“Asəf Quliyev gözünün içinə qədər yalan danışır. Onun istefasının əsil səbəbini bir çoxları kimi, mən də bilirəm. Lakin söyləməyi etik bulmuram... Ayıbdır, bu qədər yalan danışmasın, öz zibillərini bizim üzərimizə şər atmaqla ört – basdır etməsin. Böhtanın, yalanın, şərin də bir həddi, heç olmasa məntiqi olar”.

 

Lent.az-ın xəbərinə görə, bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP-dən və Milli Şuradan istefa vermiş Asəf Quliyevin ittihamlarına cavab olaraq deyib. A. Quliyev bu gün keçirdiyi mətbuat konfransında deyib: “Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu Milli Şura yaranan gündən onu dağıtmağa çalışıblar. Bu, onların müsahibələrində də öz əksini tapıb. Buna baxmayaraq, Arif Hacılı Milli Şuranın rəhbərliyinə gətirildi, Rauf Arifoğlu və Pənah Hüseyn isə Cəmil Həsənlinin vəkili təyin olundu”. 

 

 

R. Arifoğlu deyib ki, A. Quliyevin iddiaları əsassızdır: “Bəlkə buraya Amerika və Rusiya prezidentlərinin, Türkiyə baş nazirinin dünya çapındakı son hərəkətlərindən narazılığını da əlavə etsin? Başqa siyasi xadimlərin, qəzet redaktorunun özlərinə, hədəflərinə uyğun fəaliyyəti digər siyasi funksionerin öz təşkilatından istefasına necə təsir edə bilər;  bu dəliliyin, anormallığın bir izahatı varmı? Arif Hacılı, Pənah Hüseyn AXCP rəhbərləridirlər ki, onların fəaliyyəti sənin xoşuna gəlməyəndə təşkilatından çıxıb gedirsən? Yenə Milli Şuradan getməyi birtəhər bağlamaq olar, bəs, AXCP? Hansı məntiqlə bir təşkilatın funksioneri digər təşkilatın rəhbərlərinin açıqlama və siyasi proqramına görə istefa verər?”

 

R. Arifoğlu deyib ki, Asəf Quliyevin istefasının səbəbi başqadır: “ Onun istefasının səbəbi tamamilə başqadır, özəldir və bu 3 şəxslə heç bir ilgisi yoxdur”.

 

Baş redkator A. Quliyevi  “özünü bitirmiş, siyasi həyatını məhv etmiş” adlandırıb: “Ona baş qoşmamaq da olardı. Lakin görünən budur ki, onun dedikləri bu absurdları ciddi məsələ kimi gündəmə daşıyan iqtidarda və müxalifətdə müəyyən güclər, ona dəstəyini bildirən, gizli himayə edən “keçmiş” silahdaşları da ortaya düşüb. Burada birbaşa hədəf Müsavat Partiyası, onun rəhbərliyidir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206
avatar

Oxşar yazılar