Ramiz Mehdiyev: “Azərbaycanın əsas sərvəti onun xalqıdır”
21 iyun 2013 16:32 (UTC +04:00)

Ramiz Mehdiyev: “Azərbaycanın əsas sərvəti onun xalqıdır”

”Azərbaycanın əsas sərvəti onun yüksək mədəniyyətli və intellektual səviyyəsi olan xalqıdır. Heydər Əliyevin inkişaf kursunun mərkəzində insan amilinin dayanması onun uğurunu təmin edib”. Lent.az-ın məlumatına görə, bunu Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycanın 2015-ci ildən sonrakı inkişafına dair milli dialoqlara həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

 

R. Mehdiyev bildirib ki, Azərbaycanda qurulan iqtisadi modelin unikallığı balanslı və əhatəli şəkildə sosial-iqtisadi və mədəni inkişafı təmin etməsi, ekoloji tarazlığı qoruması və cəmiyyətin siyasi sabitliyi üçün zəmin olmasındadır. Bunun nəticəsi olaraq Azərbaycan Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məsləhətləşmələr aparmaq üçün seçilən 80 ölkədən biridir.

PA rəhbərinin sözlərinə görə, 2012-ci ildə ölkə prezidentinin təşəbbüsü ilə qəbul olunan "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyası və BMT-nin Davamlı İnkişaf Məqsədləri arasında uyğunluğun olması onu göstərir ki, Azərbaycan dövləti öz inkişafını qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur: “Minilliyin İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan dövləti əldə etdiyi uğurları 2015-ci ildən sonra Davamlı İnkişaf Məqsədlərinə uyğun şəkildə daha da irəli aparacaq. Son 10 il ərzində Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, yoxsulluğun səviyyəsi azaldılıb və əhalinin sosial rifahı yüksəlib. Eyni zamanda sahibkarların fəaliyyət mühiti onların təşəbbüskarlığını artırıb, yeni iqtisadi münasibətləri formalaşdırıb, geniş iqtisadi və sosial infrastruktur layihələri həyata keçirilib”. 

 

PA rəhbəri onu da vurğulayıb ki, əldə edilən ciddi uğurlar Azərbaycanı son illərdə dünya ölkələrini bürüyən iqtisadi böhranın neqativ nəticələrindən qoruyub, onun yüksək göstəricilərə nail olmasını şərtləndirib: "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyası inkişafın iqtisadi aspektləri ilə məhdudlaşmır, özündə səmərəli sosial müdafiə sisteminin qurulmasını, institusional potensialın gücləndirilməsini, vətəndaş cəmiyyətinin inkişafını, mədəni irsin qorunmasını, ətraf mühitin mühafizəsini də əks etdirir”.

 

R. Mehdiyevin sözlərinə görə,  Azərbaycanın gələcək inkişaf siyasəti nəinki BMT-nin Davamlı İnkişaf Məqsədlərini əhatə edir, hətta daha da irəli gedərək ölkənin qlobal miqyasda özünəməxsus yer tutması üçün əhatəli bir konsepsiya kimi çıxış edir:  “Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələrinin də açıq şəkildə Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məsləhətləşmələrə qoşulması ölkəmizin qlobal miqyasda əhatəli, ədalətli və davamlı inkişaf yolunun tapılmasına verdiyi töhfədir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 885
avatar

Oxşar yazılar