Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib. Bu barədə Lent.z-a BAXCP-nin mətbuat xidmətindən məlumat verilib. Sessiyada prezident seçkilərində BAXCP-nin fəaliyyəti, bu seçkilərdə partiyanın tutduğu yol və nəticələr müzakirə olunub. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Ali Məclisin sessiyasında ölkədəki ictimai-siyasi vəziyyət və bundan sonra partiyanın qarşısında duran vəzifələrlə bağlı geniş nitq söyləyib.
Eyni zamanda, BAXCP sədri prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olunan zaman dövlət başçısının söylədiyi nitqdə ölkəmiz üçün önəmli çağırışların olduğuna da diqqət çəkib.
Azərbaycan Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi məqsədilə dövlət başçısının məlum sərəncamını təqdir edən Q. Həsənquliyev BAXCP-də də bu məqsədlə bir sıra tədbirlərin hazırlanıb düzənlənməsi üçün müvafiq strukturlara tapşırıqlarını verib.
Ali Məclisin sessiyasında partiya funksionerləri çıxışlar ediblər, müxtəlif təkliflər səsləndiriblər. Sonda isə partiyanın bəzi strukturlarının əsasnamələrinə dəyişikliklər müzakirə olunaraq qəbul edilib.