QHT Şurası Litvada dondurulmuş münaqişələrə dair konfrans keçirəcək
07 aprel 2014 19:09 (UTC +04:00)

QHT Şurası Litvada dondurulmuş münaqişələrə dair konfrans keçirəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi proqramına uyğun olaraq maliyyələşdirdiyi “Demokratik Siyasi İnistitut”un “Dondurulmuş münaqişələrin həlli üçün

perespektivlər və siyasi cəhdlər” layihəsi çərçivəsində aprelin 11-dən 13-dək Litvanın paytaxtı Vilnüsdə beynəlxalq konfrans keçiriləcək.

 

Şuradan Lent.az-a verilən məlumata görə, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyünün pozulması və torpaqlarının qanunsuz işğalına həsr olunan konfransda postsovet məkanında dondurulmuş münaqişələrin mümkün həlli mexanizmləri və perspektivləri müzakirə ediləcək.

 

Toplantıda münaqişə zonalarında baş verən kütləvi qırğınlar və Xocalı soyqırımının da

ayrıca müzakirə olunması nəzərdə tutulur. Konfransda Litvanın Xarici İşlər Nazirliyinin, QHT-lərin, elmi təsisatların nümayəndələri, Avropa parlamentinin üzvləri, 30-dan artıq millət vəkili, diplomatik korpus və KİV təmsilçiləri, münaqişələrin həlli üzrə tanınmış beynəlxalq ekspertlər iştirak edəcək. Şura sədri, millət vəkili Azay Quliyev konfransda keçmiş Sovet məkanında mövcud olan analoji münaqişələr, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün pozulması faktı və konfliktin beynəlxalq hüququn prinsiplərinə əsaslanan həlli variantları ilə bağlı təkliflərini, doğma yurdlarından köçkün düşən 1 milyondan artıq azərbaycanlının pozulmuş hüquqlarını və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı ölkəmizin vətəndaş cəmiyyətinin mövqeyini səsləndirəcək.

 

Qeyd edək ki, Şura sədri Azay Quliyev konfransdan əvvəl Litva QHT-ləriylə görüşərək birgə əməkdaşlığın perspektivlərini müzakirə edəcəyi də gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421
avatar

Oxşar yazılar