Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnsitutu İB-nin sədri Qənirə Paşayeva Anadolu Aydınlar Ocağının rəhbəri İbrahim Öztek ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə çıxış edən Q. Paşayeva Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əlaqələrin getdikcə daha da genişlənməsinin və Bakıda keçirilən "Tarix boyu türklərə qarşı erməni xəyanətləri" mövzusunda beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb.
Beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələn İbrahim Öztek və təşkilatın üzvləri Azərbaycanda olmaqdan məmnun olduqlarını deyiblər.
Görüşün sonunda Q. Paşayeva İ. Öztekə Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi ilə bağlı materiallar hədiyyə edib.