Qarabağ separatçılarının Moskvada planlaşdırdıqları konsert ləğv edildi
19 may 2014 18:56 (UTC +04:00)

Qarabağ separatçılarının Moskvada planlaşdırdıqları konsert ləğv edildi

0

Rusiyada ermənilərin Azərbaycana qarşı növbəti təxribatının qarşısı alınıb.


 

APA-nın Moskva müxbiri xəbər verir ki, mayın 20-də Moskva Dövlət Konservatoriyasında keçirilməsi planlaşdırılan "Artsax Dövlət Kapellası"nın konserti baş tutmayacaq.

 

Çaykovski adına Moskva Dövlət Konservatoriyasından APA-nın Moskva müxbirinə verilən məlumatına görə, "Artsax Dövlət Kapellası"nın konserti ləğv olunub.

 

Qeyd edək ki, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının saytında Raxmaninov zalında "Artsax Dövlət Kapellası" konsertinin keçiriləcəyi ilə bağlı elan yerləşdirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1152

Oxşar yazılar