Oktyabrın 10-da Rusiya Federasiyasının prezidenti Vladimir Putin dövlət başçısı İlham Əliyevə telefonla zəng edib. Lent.az-ın məlumatına görə, Putin dövlət başçısını prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib, xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Putinə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin bütün sahələrdə dinamik inkişafından məmnun olduqlarını bildirib, əlaqələrimizin gələcək illərdə daim möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.