Putin Azərbaycana rəsmi səfər edəcək
16 iyul 2013 19:06 (UTC +04:00)

Putin Azərbaycana rəsmi səfər edəcək

0

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfərə gələcək.

Bu barədə SalamNews-a diplomatik mənbələrdən məlumat verilib.

Bildirilib ki, səfər avqustun 12-13 tarixlərinə planlaşdırılıb. Səfər zamanı iki ölkə arasında əməkdaşlığın gələcək konturlarını müəyyən edəcək bir sıra sənədlər imzalanacaq.

İmzalanacaq sənədlər sırasında SOCAR ilə “Rosneft” arasında əməkdaşlıq Sazişinin imzalanması da nəzərdə tutulur. Belə ki, iki ölkə arasında neft-qaz sahəsində yeni sazişin imzalanması ilə əlaqədar danışıqlar prosesi sürətləndirilib və hazırda bu sahədə əməkdaşlığın bütün mümkün variantlarına baxılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1971

Oxşar yazılar