Azərbaycan prezidenti İlham Əliyev aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. Lent.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının salonunda keçirilən toplantıda MR-in hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycandakı diplomatik korpusun, Naxçıvan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan prezidenti mərasimdə geniş nitq söyləyib.
Sonra Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov çıxış edib.
Prezident İ. Əliyevin 2014-cü il 5 aprel tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə görə muxtar respublikanın bir qrup ziyalısı müxtəlif orden və medallara, fəxri adlara layiq görülüb.
Dövlət başçısı həmin mükafatları təqdim edib.
Yubiley mərasiminin rəsmi hissəsindən sonra Naxçıvan Muxtar Respublikasının incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olunub.