Prezident İlham Əliyev Malayziyanın milli bayramı – Müstəqillik günü münasibətilə Malayziyanın Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha təbrik məktubu yazıb. Lent.az-ın məlumatına görə, Respublika Preszidenti İlham Əliyev təbrikini bu sözlərlə ifadə edib: “Malayziyanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Malayziya münasibətləri və dostluq əlaqələri genişlənərək və inkişaf edərək, ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Malayziya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.