Avropa və Asiya ölkələrindən prezidentə təbriklər gəlməkdə davam edir
Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir. Lent. az-ın məlumatına görə, İsveçrə Konfederasiyasının prezidenti Ueli Maurer, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zaid Al Nəhəyan, İsrail Knessetinin Xarici Əlaqələr Komitəsinin sədri Aviqdor Liberman, Sinqapur Respublikasının prezidenti Toni Tan Ken Yam Azərbaycan prezidentinə təbrik məktubları göndəriblər.
Təbriklərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da inkişaf edəcəyinə ümid ifadə olunub.