Azərbaycan prezidenti İlham Əliyev iyulun 5-də Xorvatiya parlamentinin sədri İosip Lekonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, Xorvatiyanın Avropa İttifaqına üzv qəbul olunmasından məmnunluq ifadə edilib.
Ölkələrin bundan sonra həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq edəcəyi əminliklə qeyd olunub.
Xorvatiya parlamenti sədrinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində daha da genişləndirilməsi işinə xidmət edəcəyi bildirilib.