Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncını qəbul edib.
Lent.az-ın məlumatına görə, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirilən tədbirlərdən danışılıb, əməkdaşlıq perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
X.Akıncı türkdilli dövlətlərin rəmzlərinin əks olunduğu bayrağı prezident İlham Əliyevə təqdim edib.