Prezident və xanımı “AITF-2014” sərgisi ilə tanış olub - <span style="color:red;">YENİLƏNİB
04 aprel 2014 18:37 (UTC +04:00)

Prezident və xanımı “AITF-2014” sərgisi ilə tanış olub - YENİLƏNİB

Bu gün prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus 2014” VIII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olub. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına və xanımına sərgiylə bağlı məlumat verib. Belə ki, sərgidə 38 ölkədən 351 şirkət və təşkilat təmsil olunur. Sərgi iştirakçılarının 60 faizdən çoxunu xarici, 40 faizini isə yerli şirkətlər təşkil edir.
 

Sərgi turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirir və turizm bazarının əsas fiqurlarını – turagentlik və turoperatorları, milli qrupları, beynəlxalq nümayəndəlikləri, avtomobil, hava və dəniz daşımaları üzrə şirkətləri, müxtəlif ölkələrin mehmanxana biznesi üzrə nümayəndələrini, turizm və ticarət assosiasiyalarını, eləcə də fəal və ekstremal istirahət turlarının təşkilatçılarını bir araya gətirib.
 

Bu turizm istiqamətinə xarici tibbi mərkəzlər, özəl və dövlət klinikaları, eləcə də Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Rusiya, Türkiyə və İsveçrənin diaqnostika mərkəzləri daxildir. Azərbaycan sanatoriyalarının nümayiş olunduğu pavilyonda Naftalan neftinin müalicəvi xassələri sərgiyə gələnlərin diqqətini daha çox cəlb edib.
Azərbaycan regionlarının milli pavilyon çərçivəsində irimiqyaslı iştirakı sərginin ən maraqlı və koloritli hadisəsindən biridir. Azərbaycan üzrə turizm paketinin müxtəlifliyi istənilən turizm proqramını zənginləşdirə bilər. Regional ekspozisiyada Qəbələ, Qax, Quba, İsmayıllı, Zaqatala, Lerik, Masallı, Mingəçevir, Xaçmaz, Şamaxı, Şəmkir, Şəki, Naxçıvan Muxtar Respublikası və Sumqayıt şəhəri təmsil olunur. Burada turizm fəaliyyətinin müxtəlif növləri, o cümlədən kənd və ekoloji turizm, salçılıq, dağ-xizək, dəniz kurortları və s. üçün imkanlar nümayiş etdirilir.
 

 

Dövlət başçısı və xanımı sərginin pavilyonları ilə yaxından tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 879
avatar

Oxşar yazılar