Prezident Türkiyə parlamentinin sədri ilə görüşüb
12 noyabr 2013 20:51 (UTC +04:00)

Prezident Türkiyə parlamentinin sədri ilə görüşüb

Noyabrın 12-də prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə görüşüb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

İki ölkə arasındakı münasibətlərin çox güclü təməlinin olduğu qeyd edilib, əlaqələrimizin ortaq tarixə və mədəniyyətə əsaslandığı vurğulanıb.


Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafına çox böyük diqqət yetirilib. Türkiyə Böyük Millət Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməsinin, iki ölkənin parlamentlərinin bundan sonra da səmərəli əməkdaşlığının böyük əhəmiyyəti olduğu qeyd edilib. Həmçinin qardaş ölkələrimizin hər zaman bir-birinin yanında olacağı xüsusi vurğulanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688
avatar

Oxşar yazılar