Prezident Statoil şirkətinin rəhbərini qəbul edib
23 oktyabr 2013 14:28 (UTC +04:00)

Prezident Statoil şirkətinin rəhbərini qəbul edib

0

Dövlət başçısı İlham Əliyev oktyabrın 23-də Statoil şirkətinin prezidenti Helge Lundu qəbul edib. Lent.az-ın məlumatına görə, Statoil şirkətinin prezidenti oktyabrın 9-da keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə dövlət başçısını təbrik edib.
Görüşdə Statoil şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında uzunmüddətli səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 734

Oxşar yazılar