Prezident İlham Əliyev Slovakiya Respublikasının yeni seçilmiş prezidenti Andrey Kiskaya təbrik məktubu göndərib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrikdə İlham Əliyev həmkarı Andrey Kiskaya prezidenti vəzifəsinə seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edib: “Azərbaycan-Slovakiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.