Prezident Səudiyyə Ərəbistanı Krallığının yeni səfirinin etimadnaməsini qəbul edib
28 iyun 2013 20:16 (UTC +04:00)

Prezident Səudiyyə Ərəbistanı Krallığının yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlimin etimadnaməsini qəbul edib. APA-nın xəbərinə görə, ölkələr və xalqlar arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı Səudiyyə Ərəbistanının Azərbaycana dost və müttəfiq ölkələrdən biri olduğunu deyib. Azərbaycanla Səudiyyə Ərəbistanı arasında güclü siyasi və mədəni əlaqələrin mövcud olduğunu bildirən prezident İlham Əliyev bu əlaqələrin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu söyləyib. O, iki ölkənin bütün beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləməsinin əhəmiyyətini vurğulayıb.

 

Musaid bin İbrahim bin Abdullah Əl-Səlimin Azərbaycandakı diplomatik fəaliyyəti müddətində bu əlaqələrin daha da inkişaf etdiriləcəyinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu bildirən İ. Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
 

Səfir isə ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyib. O, iki ölkə arasında siyasi münasibətlərin yaxşı səviyyəsindən razılığını bildirərək əlaqələrin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu və bu istiqamətdə səylərini əsirgəməyəcəyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554
avatar

Oxşar yazılar