Prezident Saatlıda Bayraq Meydanı və Muzeyi ilə tanış olub
29 avqust 2013 23:37 (UTC +04:00)

Prezident Saatlıda Bayraq Meydanı və Muzeyi ilə tanış olub

Prezident İlham Əliyev avqustun 29-da Saatlıda Bayraq Meydanı və Muzeyi ilə tanış olub.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, bildirilib  ki, Bayraq Meydanı Saatlı rayonundan olan şəhidlərin barelyeflərini əks etdirən “Şəhidlər” və 31 Mart - Azərbaycanlıların Soyqırımı abidələrinin ərazisi ilə birləşdirilərək ümumi kompleks şəklində yaradılmaqla iki hektar sahəni əhatə edir. Bayraq Meydanının inşasına bu il mayın 10-da başlanılıb, qısa zamanda başa çatdırılıb.


Şəhərin giriş hissəsində yerləşən meydanda 82 metr hündürlüyündə bayraq dirəyi ucaldılmış, uzunluğu 24, eni 12 metr olan dövlət bayrağı asılıb. Kompleksin ərazisində qurulan iki metr hündürlüyündəki dörd postamentin üzərində Azərbaycanın metaldan tökülən xəritəsi, dövlət gerbi, ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyi barədə sözləri və Azərbaycanın dövlət himninin mətni həkk olunub. Meydanın ətrafında orta əsrlərin memarlıq ənənələrinə uyğun qala tipli daş hasarlar, eləcə də tağşəkilli hasarlar hörülüb. Üç qədim qala qapısı da meydana xüsusi gözəllik verir. Meydanda orta əsrlər Azərbaycan əsgərinin tökmə materiallardan beş heykəli yaradılıb. Heykəllərdən üçü qala divarları üzərində, ikisi isə meydan ərazisində qoyulmuşdur.
 

İgluğat verlib ki, Bayraq Meydanının ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemi, iki fəvvarə quraşdırılıb.


Prezident İlham Əliyev Bayraq Meydanının ərazisində yaradılan Bayraq Muzeyi ilə də tanış olub.


Ümumi sahəsi 124 kvadratmetr olan Bayraq Muzeyinin aypara şəkilli binası sərgi və iki köməkçi otaqdan ibarətdir. Muzeyin “Azərbaycanın tarixi dövlətləri” adlı bölməsi Manna dövlətindən başlayaraq Azərbaycan Xalq Cümhuriyyətinədək olan dövrü əhatə edir. Digər bölmədə Dədə Qorqud, Aristotel, Şah İsmayıl Xətai, Şeyx Məhəmməd Xiyabani, Hüseyn Cavid və Mikayıl Müşfiqin dövlət, dövlətçilik, bayraq haqqında kəlamları yer alıb.

 

Papirus formasında açılan 5 hissədən ibarət bölmədə Azərbaycanda mövcud olmuş tarixi dövlətlər və onların rəhbərləri, dünya mədəniyyətinin inkişafına töhfə vermiş və beynəlxalq miqyasda tanınan mədəniyyət və incəsənət xadimlərimiz, ziyalılarımız, Azərbaycan xanları, Azərbaycan Xalq Cümhuriyyətinin generallarının rəsmləri yer alıb.

 

Heydər Əliyevə həsr olunan bölmə isə “İstiqlal! Tam və mütləq Qələbə” adlanır. Muzeyin divarlarında, həmçinin Heydər Əliyevin dövlətçiliyimizlə bağlı tarixi kəlamları, bayraq haqqında dediyi sözlər həkk edilib.
 

Muzeyin sərgi otağında Azərbaycanın dövlətçilik tarixində və mədəniyyətində mühüm rol oynayan dahilərin, mütəfəkkirlərin, şairlərin də daxil olduğu 27 rəsm əsəri yağlı boya ilə divar üzərində işlənib.

 

Muzeydə, həmçinin 1918-1991-ci illərdə istifadə olunan Azərbaycan bayraqları, müstəqil Azərbaycanın ordenləri və onlar haqqında məlumatları əks etdirən lövhə də vardır. Numizmatika bölməsində isə eramızdan əvvəl III əsrdən başlayaraq xanlıqlar dövrünə aid qədim sikkələr, XIX və XX əsrin nadir eksponatları, Səfəvi dövləti, Gəncə və Qarabağ xanlıqlarının bayraq ucluqları, XIX əsrə aid şəhərlərin gerbləri nümayiş olunur. Azərbaycan ərazisində mövcud olan qədim dövlətləri və eləcə də xanlıqlar dövrünün bayraqları muzeyin sərgi otağına xüsusi yaraşıq verir.
 

Bayraq Meydanı və muzeylə tanışlıqdan sonra prezidenti tapşırıq və tövsiyələrini verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611
avatar

Oxşar yazılar