Prezident övladları nəylə məşğul olurlar? - SİYAHI
21 avqust 2013 15:48 (UTC +04:00)

Prezident övladları nəylə məşğul olurlar? - SİYAHI

“Lenta.ru” saytı dövlət başçılarının övladlarının və nəvələrinin hansı işlə məşğul olduqları barədə siyahı hazırlayıb.

Siyahıda prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva və kiçik qızı Arzu Əliyevanın da adı var.
 
 

 

Prezident İlham Əliyevin böyük qızı Leyla Əliyeva – nəinki ictimai və nəşriyyat işi ilə məşğul olur, həm də filmlər çəkir və şeirlər yazır. Onun  babası Heydər Əliyevə həsr etdiyi “Elegiya” adlı şeiri 5-ci sinif şagirdlərinin ədəbiyyat üzrə dərslik kitabına daxil edilib. Leylanın həyat yoldaşı “Krokus Siti”nin  vitse-prezidenti, müğənni və bəstəkar Emin Ağalarovdur. Onların iki oğlu var.

Arzu Əliyeva isə 2011-ci ilin sentyabr ayında biznesmen Səməd Qurbanovla ailə həyatı qurub. Cütlüyün bir oğlu var.

Ermənistan prezidenti Serj Sarkisyanın Anuş və Satenik adlı iki qızı var. Anuş hüquqşünasdır. Prezident Administrasiyası rəhbərinin müavini Mixayıl Minasyanla evlidir. Satenik İrəvan Universitetinin İqtisadiyyat Fakultəsini bitirib.

Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ABŞ vətəndaşı Mənsur Məqsudi ilə evli olub. Gülnarənin Mənsurla boşanma xəbəri vaxtilə beynəlxaq qalmaqal yaradıb. Gülnarə ilə bağlı xəbərlər həm onun haqqında, həm də atası haqda dünyada xoş fikir yaratmır. 

Prezidentin qızı həmçinin, xeyriyyəçiliklə məşğul olur. Öz dizaynerliyi altında zərgərlik əşyaları, müxtəlif  geyim kolleksiyaları buraxır, mahnılar bəstələyir, klip çəkir. Bəzən özünü siyasətdə də sınamağa çalışır.

İslam Kərimovun digər qızı – Lola Kərimova əsasən, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur, mədəniyyətin və idmanın inkişafına dəstək olur. O, biznesmen Timur Tillayevlə evlidir. Qərb mətbuatının yazdığına görə, cütlük  bir müddət öncə ABŞ-da 58 milyon dəyərində qeyri-adi malikanə alıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 23 yaşlı nəvəsi Aysultan Nazarbayev jurnalistika işi ilə məşğuldur. O, Qazaxıstan Müdafiə Nazirliyinin əsas kəşfiyyat məntəqəsində  xidmət göstərir. Bu ayın sonlarında onun Almatıda məşhur biznesmen Kayrat Boranbayevin 20 yaşlı qızı Aliya Boranbayevlə toyu olacaq.

Nazarbayevin böyük qızı və Aysultanın anası Dariqa Nazarbayeva 2012-ci ilin yanvar ayında deputat seçilib və Milli məclisin İctimai – Mədəni İnkişaf üzrə Komitəsinə rəhbər təyin olunub. O, həmçinin opera müğənnisi kimi dövlət konsertlərində çıxş edir. Dariqa Qazaxıstanın ən nüfuzlu qadınlarının reytinqində birinci yeri tutur.

Belarus prezidenti Aleksandr Lukaşenkonun üçüncü, kiçik oğlu Kolya Lukaşenko atasını daima respublika və beynəlxaql rəsmi səfərlərdə müşayiət edir. Deyilənə görə, Lukaşenko 9 yaşlı Kolyanı digər iki oğlundan fərqli olaraq prezident kimi görür.

Prezidentin böyük oğlu Viktor Lukaşenko dövlət başçısının Milli Təhlükəsizlik üzrə köməkçisidir. Digər oğlu Dmitri isə Milli Olimpiya Komitəsinin üzvüdür.

Gürcüstan baş naziri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili ötən ilin sonlarında “Söz verirəm” adlı rep – albomu hazırlayıb. Onun ən böyük arzusu “Grammy” mükafatını qazanmaq və mərasimdə gürcü aksentiylə “sağ ol” deməkdir.

Ukrayna prezidenti Viktor Yanukoviçin Viktor və Aleksandr adlı iki oğlu var. Kiçik oğlu Viktor iki dəfə deputat seçilib.

Aleksandr ölkənin ən nüfuzlu şəxslərindən biri hesab olunur. Bir çoxları hesab edir ki, məhz Aleksandr atasının siyasətini davam edərək Yanukoviç ailəsinin ətrafında biznes imperiyası yaradıb. 

Moldova prezidenti Nikolaye Timoftinin  oğlu Niku Timofti jurnalistdir. O, bir müddət əvvəl müxtəlif radiostansiyalarda aparıcı işləyib. Hazırda isə, “PRO TV Chisinau” telekanalında aparıcı işləyir, idmanla bağlı reportajlar hazırlayır. 33 yaşlı Niku subaydır. Lakin o, gələcəkdə 5 uşaq atası olmağı arzulayır.

Tacikistan prezidenti Emoməli Rahmon Postsovet məkanında uşaqlarının sayına görə rekordçu hesab olunur. Onun 9 uşağı var. Bunlardan 7-si qız (Firuzə, Azadə, Rövşanə,  Təhminə, Pəvcinə, Zərrinə və Farzona) və 2-si isə oğlandır (Rüstəm və Samon).

Estoniya prezidenti Tomas İlvesin oğlu Luukas 2009-2010-cu illərdə orduda iştirak edib. 

Daha sonra Müdafiə Nazirliyinin Analitik bölməsində işləyib. 2012-ci ilin  yanvar ayından etibarən Dövlət Departametində beynəlxalq məsələlər üzrə ekspert işləyir

qafqazinfo.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3857
avatar

Oxşar yazılar