Prezident İlham Əliyev Norveç kralı V Haraldı təbrik edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, İ. Əliyev Norveç Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə V Haralda və Norveç xalqına öz adından və Azərbaycan xalqı adından səmimi qəlbdən təbriklərini çatdırıb, bu əlamətdar gündə V Haralda möhkəm cansağlığı, işlərində uğurlar, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıb.