Prezident İlham Əliyev İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mario Baldinini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Lent. az-ın məlumatına görə, dövlət başçısı İtaliyanın Azərbaycandakı səfiri Mario Baldiniyə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə verdiyi töhfəyə görə təşəkkürünü bildirdi və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Görüşdə Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Bu əlaqələrin gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.
Prezident İtaliya səfirini qəbul edib
330