Brüsseldə səfərdə Azərbaycan prezidenti İlham Əliyev və Avropa Birliyi Şurasının prezidenti Herman Van Rampuy arasında görüş başlayıb.
APA-nın Avropa bürosunun məlumatına görə, görüş təkbətək keçirilir.
İlham Əliyev və Herman Van Rampuy görüşdən sonra jurnalistlər qarşısında birgə bəyanat verəcəklər.