<span style="color:red;">Donald Tusk <b>: "İlham Əliyevlə uğurlu görüş oldu"</b>
11 iyul 2018 16:16 (UTC +04:00)

Donald Tusk: "İlham Əliyevlə uğurlu görüş oldu"

Avropa İttifaqının rəsmiləri Tvitter hesablarında Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşü və “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması barədə məlumatlar yayıblar.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident Donald Tuskun Tvitterində vurğulanır: “Prezident İlham Əliyevlə bizim ikitərəfli əlaqələrimizin inkişafına xidmət edən uğurlu görüş oldu. Görüşdə Azərbaycandakı daxili vəziyyət və regional məsələlər barədə səmərəli müzakirələr keçirildi”.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti xidmətinin mətbuat katibinin Tvitterində aşağıdakı məlumat verilib: “Tərəfdaşlıq prioritetləri” sənədi Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli gündəliyə yeni təkan verib”.

Avropa Komissiyasının Qonşuluq Siyasətinin Baş Direktorluğunun Tvitterində qeyd edilib: “Avropa İttifaqı və Azərbaycan birgə daha güclüdürlər. Bu gün Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq prioritetləri” sənədi üzrə danışıqları başa çatdırıb, münasibətlər gündəliyinə yeni təkan verilib”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 395
avatar

Oxşar yazılar