Prezident İlham Əliyev Türkiyə Respublikasının baş prokuroru Hesen Erbili qəbul edib. Lent.az-ın məlumatına görə, H. Erbil Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə orqanları sahəsində də uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub. Türkiyə Respublikasının baş prokuroru Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.
Dövlət başçısı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Baş nazirə çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev Türkiyənin baş prokurorunu qəbul edib
447