Prezident İlham Əliyev Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzeni qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə prezident İlham Əliyevin bu yaxınlarda Gürcüstana səfəri məmnunluqla xatırlanıb, ölkələrimiz arasında strateji əməkdaşlığın bütün sahələrdə möhkəmləndirilməsi ilə bağlı müzakirə olunan məsələlərin önəmi vurğulanıb.
Söhbət zamanı Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən daxili işlər orqanları arasında daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.