Prezident İlham Əliyev İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycanla İsveçrə Konfederasiyası arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub.
Münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub, əlaqələrimizin enerji, sərmayə qoyuluşu, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.