Prezident Böyük Britaniya baş nazirinin elçisini qəbul edib
26 sentyabr 2013 16:13 (UTC +04:00)

Prezident Böyük Britaniya baş nazirinin elçisini qəbul edib

Bu gün prezident İlham Əliyev Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, görüşdə son illər Azərbaycanın əldə etdiyi sürətli iqtisadi inkişafdan məmnunluq ifadə olunub.

 

Görüşdə ARDNŞ ilə BP arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi qeyd olunub. Eyni zamanda ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, İnformasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm, regional təhlükəsizlik və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 285
avatar

Oxşar yazılar