Prezident beynəlxalq təşkilatların rəhbərlərini qəbul edib
11 iyun 2013 18:02 (UTC +04:00)

Prezident beynəlxalq təşkilatların rəhbərlərini qəbul edib

Prezident İlham Əliyev iyunun 11-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmaləddin İhsanoğlunu qəbul edib. Lent. az-ın məlumatına görə, görüşdə Azərbaycanın İslam Əməkdaşlıq təşkilatının bütün strukturlarındakı uğurlu fəaliyyətinin önəmi qeyd olunub, təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Prezident bu gün həmçinin, Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

 

Görüşdə Fələstinə yardım göstərilməsi üzrə Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyəti vurğulanıb, Azərbaycanla Körfəz ölkələri arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, münasibətlərimizin ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyi qeyd edilib.

Söhbət zamanı əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin önəmi diqqətə çatdırılıb, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 350
avatar

Oxşar yazılar