Prezident İlham Əliyev oktyabrın 7-də Azərbaycanda prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Pino Arlaçinin başçılıq etdiyi Avropa Parlamenti nümayəndə heyətini qəbul edib.
Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycanla Avropa Parlamenti arasında əməkdaşlığın əhəmiyyəti qeyd olunub, prezident seçkilərinə hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.