Elnur Aslanovun yerinə təyinat oldu - <span style="color:red;">YENİLƏNİB
12 aprel 2014 11:31 (UTC +04:00)

Elnur Aslanovun yerinə təyinat oldu - YENİLƏNİB

0
Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinə yeni müdir təyin edilib.

 

APA-nın əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev dünən sərəncam imzalayıb.

 

 

Siyasi təhlil və informasiya təminatı şöbəsinə Səadət Vidadi qızı Yusifova rəhbər təyin edilib.

 

 

S. Yusifova buna qədər Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.

 

 

Qeyd edək ki, siyasi təhlil və informasiya təminatı şöbəsinə əvvəllər Elnur Aslanov rəhbərlik edib. O, bu il martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə işdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5794

Oxşar yazılar