Prezident: "Xalq da siyasətimizi dəstəkləyir”
08 iyun 2013 04:57 (UTC +04:00)

Prezident: "Xalq da siyasətimizi dəstəkləyir”

Ölkəmizin qarşısındakı vəzifələrin arasında əlbəttə ki, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dayanır”.APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının V qurultayındakı çıxışı zamanı bunu bəyan edib.

 

Prezident Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini bir daha açıqlayıb: “Bizim mövqeyimiz prinsipialdır. Mən bunu dəfələrlə bəyan etmişəm. Azərbaycan xalqı və Yeni Azərbaycan Partiyası bu mövqeyi birmənalı şəkildə dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaq. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəkdir. Bu münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapa bilər. Heç bir başqa variant nəzərdən keçirilmir. Heç bir başqa variant qəbul edilə bilməz”.

 

Dövlət başçısı münaqişənin həll ediləcəyinə əmin olduğunu bəyan edib: “Çünki bizim artan xarici və daxili gücümüz, artan ordu potensialımız və iqtisadi inkişaf qələbəmizi şərtləndirəcək.

 

Ermənistan isə demək olar ki, tamamilə iflasa uğrayıb. Ermənistanda hakimiyyəti zəbt etmiş kriminal korrupsioner diktatura rejimi o ölkəni uçuruma aparır. Ölkədə kütləvi qaydada miqrasiya baş verir. Hər il 100 minə qədər vətəndaş o ölkəni həmişəlik tərk edir. Birinci növbədə, ona görə ki, ümidləri yoxdur. İqtisadiyyat demək olar ki, iflic vəziyyətdədir. Digər tərəfdən, o ölkəni idarə edən qaniçən, gözü doymayan kriminal quldur rejim insanlara divan tutur. Bütün seçkilər Ermənistanda kütləvi şəkildə saxtalaşdırılır, siyasi mübarizə orada qanlı faciələrə gətirib çıxarır. Bu ölkə terrorçu ölkəsidir və terrorçu, quldur üsul-idarəsi ilə idarə edilir. Belə olan halda nə qədər ki, indiki kriminal iqtidar orada rəhbərlikdədir, o qədər də tez Ermənistan tamamilə çökəcək.

 

Mən tam əminəm, məhz buna görə və digər tərəfdən, artan gücümüz də bunu diktə edir ki, biz mütləq ərazi bütövlüyümüzü bərpa edəcəyik. Sadəcə olaraq buna vaxt və güclü siyasət lazımdır. Güzəştsiz, kompromissiz, milli maraqlara söykənmiş siyasət ki, bu gün bizim iqtidar və yalnız bizim iqtidar bunu təmin edə bilər. Yalnız bizim iqtidar bütün təzyiqlərə, təhdidlərə, təxribatlara dözə bilər. Bizə qarşı aparılan kampaniyanın təməlində bir çox hallarda məhz bu münaqişə dayanır: Azərbaycanı zəiflətmək, ləkələmək, imicinə zərbə vurmaq ki, Qarabağ məsələsində bizdən güzəştlər qoparsınlar. Bu, keçməyəcək. Çünki bizim işimiz haqq işidir və xalq da bizim siyasətimizi dəstəkləyir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 420
avatar

Oxşar yazılar