Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Polşanın universitetlərində “Qarabağ guşəsi” yaradılıb. Layihənin koordinatoru, tədqiqatçı – alim Nəsiman Yaqublu keçirilən tədbirlərlə bağlı Lent.az-a bildirib ki, bu layihəni həyata keçirməkdə başlıca məqsəd Qarabağ həqiqətləri və ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırımı siyasəti, eləcə də ərazi iddiaları ilə bağlı məlumatları Avropa ictimaiyyətinə çatdırmaqdır: “Bundan ötrü biz geniş bir layihəni reallaşdırmaq fikrindəyik. İlk öncə bu işi Şərqi Avropa ölkələrindən başlamağı qərara aldıq”.
393