Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası mayın 21-də keçiriləcək.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Lent.az-a açıqlamasında bildirib ki, gündəliyə 19 məsələ daxil edilib.
Bu məsələlər sırasında bir neçə hökumətlərarası saziş, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi, Cinayət-Prosessual Məcəlləyə, o cümlədən “İcra haqqında”, “İcra məmuru haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İmmiqrasiya haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Xidməti və mülki silah haqqında” və “Yol hərəkəti haqqında” qanunlara dəyişikliklər barədə qanun layihələri var.