Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçirilir.
Lent.az-ın verdiyi məlumata görə, spiker Oqtay Əsədov iyunun 13-də Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilən qətnaməyə dair məsələnin gündəliyə salınmasını təklif edib.
Təklif qəbul edilib. Spiker Oqtay Əsədov deyib ki, qətnamənin qəbulunda 734 avroparlamentaridən 32 nəfər iştirak edib: “Azərbaycan Avropa İttifaqı ilə çox konstruktiv əməkdaşlıq edir. İlk dəfə Avropa Parlamenti ilə Milli Məclis arasında Əməkdaşlıq Komitəsi yaradıldı. Azərbaycan Avronest Parlament Assambleyasının aktiv iştirakçısı oldu. Məqsəd Avropa Parlamenti ilə Milli Məclis arasında əməkdaşlığı inkişaf etdirmək ildi. Ancaq Əməkdaşlıq Komitəsi və Avronest Parlament Assambleyasında məsələ müzakirə olunmadan Avropa Parlamentində müzakirəyə çıxarılır. Mən həmin qətnamə layihəsi müzakirəyə çıxarılan zaman Brüsseldə idim. Ancaq təəssüf ki, Azərbaycanla dostluq qrupunun üzvləri orada iştirak etmirdi. Yalnız Kristina Olan iclasa qatıldı və orada aktiv iştirak etdi. Avropa Parlamentinin məqsədi Azərbaycana təzyiqdir”.
Spiker xatırladıb ki, Avropa Parlamenti Azərbaycan əleyhinə ilk qətnaməni ölkədə “Eurovision” Mahnı Müsabiqəsi keçirilən zaman qəbul edilib: “Bu qətnamə niyə əvvəlcə Avronest Parlament Assambleyasında müzakirəyə çıxarılmırdı? Leyla Yunus, Qubad İbadoğlu, digərləri çıxış edirlər, bunlar əvvəlcədən hazırlanmış məsələdir”.
Daha sonra qətnamə müzakirəyə çıxarılıb.

Oqtay Əsədovdan Avropa Parlamentinə etiraz
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07