Tərtərdə ön cəbhədə Türkiyəli sənətçilərin iştirakı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə böyük tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbir millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu ” İctimai Birliyinin “Qarabağdan Anadoluya könül körpüsü” adlı layihəsi çərçivəsində olub.
Q. Paşayeva, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, millət vəkili Sahib Alıyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Türkiyənin tanınmış sənətçisi Mustafa Yıldızdoğan, Gövhər Qrupun rəhbəri Gövhər Həsənzadə iştirak ediblər.
Tədbirdə çıxış edən millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri Q. Paşayeva ön cəbhədə əsgərlərimizlə bir arada olmaqdan və bu gözəl bayramı bərabər keçirməkdən öz məmnunluğunu ifadə edib.