“Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri tarixi bir səfərdir. Lent.az-ın məlumatına görə, bunu öz “twitter” səhifəsində Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirib. O qeyd edib ki, səfər çərçivəsində çox mühüm tədbirlər keçiriləcək.
“Prezidentin Azərbaycan universitetlərinin 300-dən çox vyetnamlı məzunu ilə unudulmaz bir görüşü oldu”-deyə, PA rəsmisi əlavə edib.