Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 11 aprel
11 aprel 2014 20:08 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 11 aprel


NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ
 
"Fast Food" - yəni bizim təbirimizcə, "tez-bazar"yeməklərin ən çox yeyildiyi ölkələrdən biri ABŞ-dır. Bu cür yeməklərin insan orqanizminə mənfi təsirindən, yaratdığı və səbəb olduğu qorxulu xəstəliklərdən çox danışıblar. Mütəxəssislər xüsusilə bu cür yeməklərin lazımi qaydada və zamanlama etibarı ilə tam bişmədiyini əsas gətirirlər. Bu qəbildən olan yeməklər həm də insanların daim narahatlığına səbəb olan çəki artımına da gətirib çıxarır. Elə aparılan araşdırmalar da göstərir ki, dünyada köklükdən əziyyət çəkən insanların da çoxu "Fast Food"un vətəni sayılan ABŞ-ın vətəndaşlarıdır. Bu məsələnin bir tərəfi... Bakıdakı dönərxanalarda insanlara satılan dönərin tərkibindəki ətlərin naməlum mənşəli olması isə ilk fakt deyil. Bayaq el dilində işlədilən "tez-bazar" ifadəsindən boşu-boşuna istifadə etmədim. Çünki bizim işbazları amerikalılardan fərqli olaraq insanların kökəlib-kökəlməməsi, sağlamlığı qətiyyən maraqlandırmır. Onlar bu "tez-bazar" anlayışından ən çox pul qazanmaq məqsədi ilə bəhrələnirlər. Yəni "tez-bazar" qabaq düşüm. Bu gün keçirilən reydlərə gəlincə isə yaxşı olardı ki, aidiyyatı qurumlar bu cür işbazların bazarını da elə tez bağlasın...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681
avatar

Oxşar yazılar