Nazirlərin görüş yeri və vaxtı bəlli oldu
25 aprel 2013 13:51 (UTC +04:00)

Nazirlərin görüş yeri və vaxtı bəlli oldu

0

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə növbəti görüşü Polşanın Krakov şəhərində keçiriləcək.

 

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

 

E. Nalbandyan görüşün may ayında keçirilməsinin  nəzərdə tutulduğunu deyib. O, yüksək səviyyədə görüşlərin keçirilməsinin də istisna olmadığını sözlərinə əlavə edib.

 

Diplomatik mənbələrdən isə APA-ya məlum olub ki, görüş mayın 17-18-də baş tutacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1311

Oxşar yazılar