Nazirlər Kabineti istefaya getdi
19 oktyabr 2013 14:38 (UTC +04:00)

Nazirlər Kabineti istefaya getdi

Azərbaycan Nazirlər Kabineti istefaya gedib. Lent.az-ın məlumatına görə, Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

 

 

Konstitusiya Məhkəməsinin Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrini təsdiq etməsindən sonra prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib. Beləliklə də, ölkə başçısı üçüncü müddətə öz səlahiyyətlərinin icrasına başlayıb. Buna görə də Konstitusiyaya əsasən, Nazirlər Kabineti avtomatik olaraq istefaya getmiş sayılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4934
avatar

Oxşar yazılar