Nazir: “İrəvan müxtəlif bəhanələrlə danışıqlardan yayınır”
17 aprel 2013 15:32 (UTC +04:00)

Nazir: “İrəvan müxtəlif bəhanələrlə danışıqlardan yayınır”

0

Xarici işlər naziri ABŞ dövlət katibinin köməkçisinin müavinini qəbul edib

 

 

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, görüşdə regionda baş verən hadisələr, eləcə də demokratiya, insan haqları və söz azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.

 

Elmar Məmmədyarov demokratiya, insan haqları, eləcə də söz azadlığı sahəsində ölkəmizdə aparılmış islahatlar və əldə edilmiş uğurlardan danışıb. Tomas Melia ABŞ-ın Azərbaycanla adıçəkilən sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib. Elmar Məmmədyarov isə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların son vəziyyəti barədə qonaqlara qısa məlumat verib və rəsmi İrəvan müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayındığını bildirib. O, eyni zamanda ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması prosesində aktivliyinin artırılmasını vacib sayıb və münaqişənin bu günə kimi həll edilməməsinin regionun təhlükəsizliyi üçün böyük bir təhdid olduğunu vurğulayıb. Azərbaycanın xarici işlər naziri beynəlxalq ictimaiyyəti münaqişənin həllində daha qərəzsiz, ədalətli və obyektiv mövqe tutmağa çağırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 593

Oxşar yazılar