Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin prezident İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib. Lent.az-ın məlumatına görə, təbrikdə deyilir:
”Açıq və azad şəkildə keçirilmiş seçkilər Azərbaycan rəhbərliyinin ölkənin dövlət və ictimai sistemlərinin daha da təkmilləşdirilməsi xəttinin əhali tərəfindən geniş dəstəkləndiyini göstərir.
Narışkin əmin olduğunu bildirib ki, İlham Əliyevin təcrübəsi və nüfuzu bundan sonra da Azərbaycanın sosial-iqtisadi tərəqqisinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə, Rusiya-Azərbaycan əlaqələrinin dərinləşməsinə xidmət edəcək.
Dağıstan Respublikası Dövlət Şurasının fəxri sədri Maqomedəli Maqomedov, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko da dövlət başçısı İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik ediblər.