Müsavatda sədr seçkisi qalmaqalı
27 avqust 2013 22:02 (UTC +04:00)

Müsavatda sədr seçkisi qalmaqalı

Müsavat Partiyasının Gənclər Təşkilatının sədrliyinə keçirilən səsvermənin nəticələri partiyada qalmaqala səbəb olub.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı hazırda partiyada ciddi mübahisələr var. Məlumatda bildirilir ki, səsvermənin nəticələrinə görə, Cavid Hacıbəyliyə uduzan Rauf Məmmədlinin tərəfdarları bu gün Müsavat Partiyasının rəhbərliyinə, Mərkəzi Nəzarət Təftiş Komissiyasına, Sədrlər Şurasına və Divana müraciət ediblər. Onlar öz müraciətlərində səsvermə zamanı saxtakarlığa yol verildiyini iddia ediblər.

 

Müraciətdə Cavid Hacıbəylinin özünə yaxın yaşı 29-u keçmiş xeyli adamı iclasa cəlb etdiyi və məhz bunun nəticəsində də qalib gəldiyi qeyd edilib. Əldə etdiyimiz məlumatda bildirilir ki, Müsavat rəhbərliyinə müraciət edən gənclər səsvermənin nəticələrinin ləğv olunmasını, təşkilata sədrlik üçün yenidən səsvermənin təşkil olunmasını tələb ediblər.

 

Onu da qeyd edək ki, təşkilata yeni sədr seçilən C. Hacıbəylinin hazırda 28 yaşı var. Müsavat GT-nın əsasnaməsinə uyğun olaraq yaşı 29-u ötmüş şəxs MGT-nin üzvü ola bilməz. Belə anlaşılır ki, bir il sonra Müsavatda yenidən seçki keçirilib sədr seçilməlidir.

 

MGT-nin sədri Cavid Hacıbəyli nəticələrdən arxayın olduğunu bildirib: "Məğlub olan tərəfin hüququdur ki, hansısa qanun pozuntusu və ya problemlər barədə müraciət eləsin. Əgər belə bir müraciət daxil olubsa, bu araşdırılacaq. Biz özümüzə arxayınıq, elə bir şey olmayıb. Çünki protokol hər iki tərəfdən 7 nəfərin iştirakı ilə təsdiqlənib, seçki ədalətli keçirilib. Heç bir problem də yoxdur. Seçki günündə də bir- birimizlə danışmışıq, Rauf məni seçilməyimlə bağlı təbrik edib. Həmin fotoları facebook hesabımda da paylaşmışam Bir problem olsaydı, o fotolar da olmazdı. Bu məsələ dəqiqləşdiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1015
avatar

Oxşar yazılar