Müsavat funksioneri: AXCP funksionerləri ara qatmaqla məşğuldurlar”
16 iyul 2013 11:20 (UTC +04:00)

Müsavat funksioneri: AXCP funksionerləri ara qatmaqla məşğuldurlar”

“Bəzi Müsavat funksionerləri iki partiya arasında nifaq salacaq mövqe sərgiləyirlər, amma biz buna ciddi əhəmiyyət vermirik”. Bu sözləri “Reytinq”ə AXCP Ali Məclisinin sədri Həsən Kərimov deyib.

AXCP funksionerinin dediklərinə Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı münasibət bildirib: “Son zamanlar müttəfiq adlandırdığımız AXCP funksionerləri ara qatmaqla məşğuldurlar. Facebook sosial şəbəkəsində Müsavatın qərarlarını təftiş etməklə məşğuldurlar, az qala hansı rayon təşkilatımızda nə vaxt iclas keçirməyimizi məsləhət görmək istəyirlər. Bu, müttəfiqliyə sığmayan hərəkətlərdir. Milli Şura yarananda da belə hərəkətlərə yol verilməməsi haqda ümumi razılıqlar var idi. Bu, Həsən Kərimovun birinci müsahibəsi deyil, artıq neçənci dəfədir ki, açıq və ya dolayısı ilə Müsavatın mövqeyini tənqid edir. Ona və digərlərinə də xatırlatmaq istəyirəm ki, Müsavat Partiyası 102 ilin partiyasıdır. Partiyamız atdığı hər bir addımı nə Həsən Kərimovla, nə də qeyri partiyalarla hesablaşmır. 100 ildən artıq tariximizdə səhv qərarımız olmayıb. Konkretləşdirmədən deyirəm ki, amma bəzilərinin təmsil olunduğu 20 illik qurumların tarixində azı 20 min səhv qərarları var”.

 

T.Abbaslı Müsavatı təftiş edənlərə çağırış da etdi: “Enerjilərini Milli Şura qarşısındakı vəzifələrin həllinə sərf etsinlər. Bizi lazımsız atmacalarla yormasınlar”.

 

T.Abbaslı hazırda ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyevin ikinci namizədlə bağlı fikirlərinə də toxundu: “Bu məsələdən ən az danışmağa mənəvi haqqı olanlardan biri də Rəsul Quliyevdir. Çünki Rüstəm İbrahimbəyovun Bakıya gəlib namizəd ola bilməsi və ya bilməməsi, ehtiyat namizəd olması məsələsi ”Rəsul Quliyev sindromu" adlandırılır cəmiyyətdə. Xatırlayırsınızsa, 2005-ci ildə Rəsul Quliyev “gəlirəm, gəlirəm” deyə-deyə gedən proseslərə nə qədər böyük zərbə vurdu".

 

T. Abbaslı deyib ki, Milli Şura yaranan gündən Müsavat Partiyası vahid namizəd tərəfdarı olub: “Ancaq lap əvvəldən də qeyd etmişdik ki, Müsavat Partiyası 2013-cü il seçkilərində heç bir halda müxalifətin kənarda qalmasını istəmir. Yəni prezident seçkilərində müxalifətin namizədi ilə iştirakının tərəfdarıdır. Qəti şəkildə boykot tərəfdarı deyilik. Odur ki, Rəsul Quliyev və digərlərinin nə deməyindən asılı olmayaraq, seçkidə iştirak edəcəyik. Yəni ki, Rüstəm İbrahimbəyov qeydə alınmasa, biz kiminlə seçkiyə gedəcəyik? Namizədsiz koalisiyanın ətrafına insanları necə toplamaq olar? Ümumiyyətlə, belə bir president yoxdur. Boykot 1998-ci ildə də, 2008-ci ildə də olub. Amma belə bir president yoxdur ki, hansısa birlik namizədsiz nəticə əldə edə bilsin. Müsavat Partiyası boykotun və boykota apara biləcək bütün hərəkətlərin əleyhinədir”.

 

Yeni Müsavat

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667
avatar

Oxşar yazılar