Müsavat Divanı Rüstəm İbrahimbəyovun təşkilatı ilə görüş keçirməyə qərar verib
23 dekabr 2013 19:09 (UTC +04:00)

Müsavat Divanı Rüstəm İbrahimbəyovun təşkilatı ilə görüş keçirməyə qərar verib

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

 

Divan üzvü Tural Abbaslının APA-ya verdiyi məlumata görə, Divanın toplantısında Müsavat Partiyasının Milli Şurada gələcək fəaliyyəti, eyni zamanda ikitərəfli və çoxtərəfli əməkdaşlıqla bağlı bu qurumda təmsil olunan AXCP, KXCP, “El” Hərəkatı və “NİDA” Vətəndaş Hərəkatı ilə keçirdiyi görüşlər müzakirə olunub.

 

Müsavat Partiyası AXCP və KXCP-nin müttəfiqlik sazişi təklifinə cavabını gözləyir. Divanın toplantısında qərara alınıb ki, Milli Şurada təmsil olunan Ziyalılar Forumu, Qulamhüseyn Əlibəylinin sədri olduğu Aydınlar Partiyası və bəzi digər təşkilatlarla görüşlər keçirilsin. Ancaq bu təşkilatların arasında yenə də Sülhəddin Əkbərin sədri olduğu Açıq Cəmiyyət Partiyası yoxdur.

 

Qeyd edək ki, Ziyalılar Forumuna Milli Şuranın fəxri sədri seçilmiş Rüstəm İbrahimbəyov rəhbərlik edir. Tural Abbaslı Rüstəm İbrahimbəyov ölkədə olmadığı üçün bu görüşün Ziyalılar Forumunda təmsil olunan Milli Şuranın sədri Cəmil Həsənli və digər şəxslərlə keçiriləcəyini bildirib. Bu müzakirələr bitdikdən sonra Müsavat Partiyasının Divanı partiyanın Milli Şurada fəaliyyətinin davam etdirib-etdirməməsi barədə qərar verəcək.

 

Divan dekabrın 29-da partiyanın Məclisinin keçirilməsi barədə də qərar verib. Məclisin gündəliyinə partiyadaxili məsələlərin müzakirəsi daxil edilib. Bununla belə, Tural Abbaslı deyib ki, əgər Məclis üzvləri təklif edərsə, partiyanın Milli Şurada fəaliyyətini davam etdirib-etdirməməsi barədə məsələ də gündəliyə salına bilər.

 

Müsavat başqanının müşaviri Yeganə Hacıyevanın istefası məsələsi isə Divanın toplantısında müzakirə edilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644
avatar

Oxşar yazılar