Moskvada MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da qatıldığı görüş mətbuatın iştirakı olmadan keçirilir.
Toplantıda bir sıra mövzuların, o cümlədən Ukrayna ilə bağlı məsələnin müzakirəsi gözlənilir. İclasda bəyannamə imzalanacaq.
Qapalı toplantı başa çatandan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov və MDB-nin icraçı katibi Sergey Lebedev birgə brifinq keçirəcəklər.