Monitorinq Komitəsində Nalbandyanın çıxışı qətiyyətlə pislənilib
25 iyun 2013 20:37 (UTC +04:00)

Monitorinq Komitəsində Nalbandyanın çıxışı qətiyyətlə pislənilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ikinci iş günündə qurumun Monitorinq Komitəsinin yığıncağı keçirilib.

 

APA-nın Avropa bürosunun xəbərinə görə, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Monitorinq Komitəsinin üzvləri Ermənistanın xarici işlər naziri Edvard Nalbanyanın Assambleyadakı çıxışını qətiyyətlə pisləyiblər: “Komitənin toplantısında Azərbaycan üzrə həmməruzəçilər ispaniyalı deputat Pedro Aqramunt və Cozef Qrex Debano ölkəmizə səfərləri barədə məlumat veriblər.  Daha sonra bu səfərlə bağlı müzakirələr aparıldı. Mən də nümayəndə heyətinin rəhbəri kimi müzakirə olunan məsələyə münasibətimi bildirdim. Bununla yanaşı, çıxışımda Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Ermənistanın xarici işlər naziri Eduard Nalbandanyanın sessiyanın ilk günü ölkəmiz baradə söylədiyi böhtan dolu və qərəzli fikirlərindən ətraflı bəhs etdim. Qeyd etmək istərdim ki, Azərbaycan nümayəndə heyəti nazirin bu üzdəniraq çıxışını Avropa Şurası üçün bağışlanmaz hal hesab edir. Ona görə ki, erməni nazir Nazirlər Komitəsinin sədri kimi yüksək vəzifədən istifadə edərək, Ermənistana məxsus yalan ideyalarını bu mötəbər təşkilatda yaymaq və bununla da deputatlarda yanlış fikir yaratmağa cəhd göstərirdi. Əslində bu birbaşa Azərbaycana qarşı açıq təxribat kimi qiymətləndirilməlidir. Bildirmək istəyirəm ki, komitə üzvlərinin əksəriyyəti erməni nazirin çıxışını təxribat xarakterli çıxış kimi dəyərləndirdilər və Nalbandanyanın bu danışığını Avropa Şurasında qəbulolunmaz davranış forması kimi diqqətə çatdırdılar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482
avatar

Oxşar yazılar